Kiçik bir səhvin böyük problemlərə səbəb olduğu ilə bağlı ən yaxşı nümunələrdən biri Sovet İttifaqında Lisenko ilə bağlı məsələdir.
1930 - cu ildə Stalinin də dəstəklədiyi Trofim Lisenko adındakı bir fırıldaqçı meydana çıxmışdı. Lisenko indiyə qədərki genetika elminin iddialarının doğru olmadığını, fəlsəfi olaraq əsl genetikanın fərqli nəticələr verdiyini irəli sürürdü. O qışlıq buğdadan iki dəfə məhsul götürməyin mümkün olduğunu deyirdi. Bu da Stalinin kənd təsərrüfatının zorla kollektivləşdirməsindən sonra zəifləyən sovet iqtisadiyyatı üçün xoş xəbər idi. Lisenkonun iddiaları heç bir elmi metodika ilə dəstəklənmirdi. Kontrol təcrübələr aparılmamışdı və bu iddialara dair bircə sübut belə yox idi. Nə var ki, Stalin ona inanırdı.O vaxt Amerikalı genetik Herman Müller Moskvada modern genetika məktəbində işləyirdi. O, Lisenkonu idealist adlandırır və Kənd Təsərrüfatı Akademiyasının iclaslarında dəfələrlə vurğulayırdı ki, Lisenko genetika ilə bağlı azacıq biliyə belə sahib deyil. Əks halda belə absurd bir nəzəriyyə yaratmazdı. Akademiyanın prezidenti Vavilov da Mülleri tam dəstəkləyirdi. Buna görə də Lisenko Müllerə şər atır ki, guya o, qərbin üstünlüklərini vurğulayan məktublar yazır. Bundan xəbər tutan kimi Müller Lisenkonu ittiham edən bir məktub yazaraq " Pravda " qəzetində dərc etdirir. Bununla da həyatını təhlükəyə atmış olur. Müller Moskvanı tərk etdikdən bir gün sonra NKVD onu həbs etməyə gəlir. Lakin, Müller artıq yox idi. Amma Vavilov Sibirə sürgün edilir və 1943 - cü ildə elə ordaca ölür.Lisenkonu həm Stalin, həm də Xruşşov dəstəkləyirdi. Nəticədə, klassik genetika sıxışdırılırdı. Necə ki, indi bizim kitablarda təkamül nəzəriyyəsinə az yer verilir, 60- cı illərdə də sovet biologiya kitablarında xromosomlara və klassik genetikaya az yer verilirdi.Nəticə olaraq qışlıq buğda ikinci məhsul vermədi. Sovet iqtisadiyyatı durğunluğa girdi və Lisenko 1963 - cü ildə Saxarovun təşəbbüsü ilə taxtdan endirildi. Həmçinin, məhz bu səbəbdən bu gün Rusiya molekulyar biologiya və genetika sahəsində olduqca geridə qalır. Ən azı iki nəsil Rusiya müasir elmdən geridədir. Bunun səbəbi isə Stalinin 30- cu illərdə etdiyi səhvlər və sadəlövhlüyüdür.
Fuad Əsədov
Redaksiya heyəti
- Əliyev B.H.(AMEA-nın müxbir üzvü, psixol.e.d., prof., Azərbaycan) - Baş redaktor
- Seyidov S.İ. (psixol.e.d., prof., Azərbaycan) - Baş redaktorun müavini
- Rüstəmov E.M. (fəls.ü.f.d., Azərbaycan) - Baş redaktorun müavini
- Mustafayev M.H. (psixol. üzrə fəls. d., dos., Azərbaycan) - Məsul katib
- Akbaş T. (psixol. e.d., prof., Türkiyə) - Redaksiya şurası üzvü
- Cabbarov R.V. (psixol. e.d., prof., Azərbaycan) - Redaksiya şurası üzvü
- Əliyev R.İ. (psixol. e.d., prof., Azərbaycan) - Redaksiya şurası üzvü
- Əliyeva S.N. (psixol. e.d., prof., Azərbaycan) - Redaksiya şurası üzvü
- Əlizadə H.Ə. (ped. e.d., prof., Azərbaycan) - Redaksiya şurası üzvü
- İbramimbəyova R.F.(psixol. e.d., prof., Azərbaycan) - Redaksiya şurası üzvü
- Mahmudov R.M. (tibb. e.d., prof., Azərbaycan) - Redaksiya şurası üzvü
- Manuçehri A.L.(tibb. üzrə fəls. d., dos., Azərbaycan) - Redaksiya şurasının üzvü
- Mehmet E.D. (psixol. e.d., prof., Türkiyə) - Redaksiya şurasının üzvü
- Qədirova R.H. (psixol. e.d., prof., Azərbaycan) - Redaksiya şurasının üzvü
- Qurbanova G.K. (psixol. e.d., prof., Azərbaycan) - Redaksiya şurasının üzvü
- Satıcı S.A. (psixol. e.d., prof., Türkiyə) - Redaksiya şurası üzvü
- Şəfiyeva E.İ. (psixol. e.d., prof., Azərbaycan) - Redaksiya şurası üzvü
- Xudyakov A.İ. (psixol. e.d., prof., Rusiya) - Redaksiya şurası üzvü
