
Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, f.ü.f.d Elnur Rüstəmov və institutun elmi işçisi, uzman klinik-psixoloq Narınc Rüstəmova 3-6 sentyabr tarixdə Portuqaliyanın Estoril şəhərində keçirilən Avropa Sağlamlıq Psixologiyası Cəmiyyətinin 38-ci İllik Konfransında iştirak ediblər.
Builki konfrans "Davamlı gələcək üçün sağlamlıq psixologiyası" adı altında keçirilib.
Konfransda "Sağlamlıqda bərabərsizlik və inklüzivlik: Sosial, siyasi və mədəni faktorların sağlamlığa təsirləri və bu bərabərsizliyin aradan qaldırılması üçün inklüziv yanaşmalar", "Mədəniyyət, sosial dəyişiklik və sağlamlıq: Xəstəlik və sağlamlıqla bağlı mədəni təsirlər, sosial dəyişikliklərin insan sağlamlığına necə təsir etməsi", "Peşə sağlamlığı: Təşkilati strukturlarda iş şəraitinin sağlamlığa təsiri", "Səhiyyə ilə ünsiyyət: Həkimlərlə və tibb işçiləri ilə düzgün ünsiyyət qurmaq, sağlamlıq riskləri və genetik məlumatlar barədə informasiyaların başa düşülməsi və paylaşılması" və digər mövzularda panel müzakirələr təşkil olunub.
Qeyd edək ki, bu istiqamətdə Psixologiya Elmi Tədqiqat İnstitutunun da araşdırması mövcuddur.
Onlardan biri də bu il "Azərbaycan həkimlərində pandemiya sonrası iş tükənməsi: psixoloji dayanıqlığın və ümidin vasitəçi rolu rolu" mövzusunda tədqiqat məqaləsi Universal İctimai Səhiyyə jurnalında 12(3): 425-433, 2024 çap olunmuşdu.
Redaksiya heyəti
- Əliyev B.H.(AMEA-nın müxbir üzvü, psixol.e.d., prof., Azərbaycan) - Baş redaktor
- Seyidov S.İ. (psixol.e.d., prof., Azərbaycan) - Baş redaktorun müavini
- Rüstəmov E.M. (fəls.ü.f.d., Azərbaycan) - Baş redaktorun müavini
- Mustafayev M.H. (psixol. üzrə fəls. d., dos., Azərbaycan) - Məsul katib
- Akbaş T. (psixol. e.d., prof., Türkiyə) - Redaksiya şurası üzvü
- Cabbarov R.V. (psixol. e.d., prof., Azərbaycan) - Redaksiya şurası üzvü
- Əliyev R.İ. (psixol. e.d., prof., Azərbaycan) - Redaksiya şurası üzvü
- Əliyeva S.N. (psixol. e.d., prof., Azərbaycan) - Redaksiya şurası üzvü
- Əlizadə H.Ə. (ped. e.d., prof., Azərbaycan) - Redaksiya şurası üzvü
- İbramimbəyova R.F.(psixol. e.d., prof., Azərbaycan) - Redaksiya şurası üzvü
- Mahmudov R.M. (tibb. e.d., prof., Azərbaycan) - Redaksiya şurası üzvü
- Manuçehri A.L.(tibb. üzrə fəls. d., dos., Azərbaycan) - Redaksiya şurasının üzvü
- Mehmet E.D. (psixol. e.d., prof., Türkiyə) - Redaksiya şurasının üzvü
- Qədirova R.H. (psixol. e.d., prof., Azərbaycan) - Redaksiya şurasının üzvü
- Qurbanova G.K. (psixol. e.d., prof., Azərbaycan) - Redaksiya şurasının üzvü
- Satıcı S.A. (psixol. e.d., prof., Türkiyə) - Redaksiya şurası üzvü
- Şəfiyeva E.İ. (psixol. e.d., prof., Azərbaycan) - Redaksiya şurası üzvü
- Xudyakov A.İ. (psixol. e.d., prof., Rusiya) - Redaksiya şurası üzvü
